• Bakı 26° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Mirziyoyev bunu təklif  etdi

SİYASƏT

23 Avqust 2026 | 18:31

Mirziyoyev bunu təklif etdi

Özbəkistan Xəzərdə vahid operatora malik ayrıca Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasında maraqlıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.

"Nəqliyyat nazirlərimizin qarşısında ciddi vəzifələr durur. Orta Dəhlizin inkişafı çərçivəsində Xəzərdə birgə donanmanın işə salınmasını sürətləndirmək lazımdır. Biz bu barədə İlham Heydər oğlu ilə dar tərkibdə də danışmışıq. Biz bu prosesi sürətləndirməliyik. Biz həmçinin Xəzərdə vahid operatora malik ayrıca Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq", - Mirziyoyev bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR