• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər

SİYASƏT

22 Sentyabr 2026 | 15:14 | Müəllif: Əli Hüseynov

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 83 əcnəbini ölkədən deportasiya edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında məlumat verilib.

Bildirilib ki, müvafiq tədbirlərlə Azərbaycan, Türkmənistan, Türkiyə, Rusiya, Efiopiya, Misir, İraq, Hindistan, Burundi, Pakistan, Keniya, Bolqarıstan, Banqladeş, İordaniya, Nigeriya, Ermənistan, Özbəkistan, Çin və digər dövlətlərin vətəndaşları ölkədən çıxarılıblar.

Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.

DİN-dən bildirilib ki, ölkədə qeyri-qanuni miqrasiyaya qarşı mübarizə intensiv rejimdə davam etdirilir. Ən son statistik məlumatlara əsasən, təkcə cari il ərzində Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən 3 mindən çox şəxs artıq ölkədən çıxarılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR