Aİ-nin Arktika bölgəsinə strateji yanaşmasının gücləndirilməsi məsələsini müzakirə edəcək Aİ sammiti 13-14 sentyabr tarixlərində Roviniemidə keçiriləcək.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Finlandiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Arktika regionu Avropanın təhlükəsizlik sisteminin getdikcə daha vacib bir hissəsinə çevrilir. Avropa İttifaqının sabitliyinin və təhlükəsizliyinin davamlı inkişafı üçün özünəməxsus marağı var. Bu məsələləri Aİ liderləri ilə hərtərəfli formatda müzakirə etmək vacibdir
Bu baxımdan zirvə görüşünün məqsədi son zamanlar daha böyük geosiyasi əhəmiyyət kəsb edən Arktika bölgəsinə Aİ-nin ortaq strateji yanaşmasını gücləndirməkdir.
Görüşdə Almaniya kansleri Fridrix Merts, Polşanın Baş naziri Donald Tusk, Avropa Şurasının prezidenti Antonio Kosta və digər Aİ liderləri iştirak edəcək.
Gülşən Şərif




