• Bakı 26° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Özbəkistan Prezidenti: Azərbaycanın ərazi bütövlüyü İlham Əliyevin siyasəti ilə bərpa edildi

SİYASƏT

23 Avqust 2026 | 18:10

Özbəkistan Prezidenti: Azərbaycanın ərazi bütövlüyü İlham Əliyevin siyasəti ilə bərpa edildi

Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasi kursu nəticəsində ölkənin ərazi bütövlüyünü bərpa etmək mümkün olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.

    Özbəkistan Prezidenti bildirib ki, Azərbaycan Prezidentinin məqsədyönlü siyasi kursunu xüsusi qeyd etmək istəyir: “Məhz bu siyasət nəticəsində ölkənin ərazi bütövlüyünü bərpa etmək, çoxdan gözlənilən sülh və sabitliyə nail olmaq mümkün olub. Qədim Qarabağ torpağı yenidən dirçəlir. Burada sosial infrastruktur fəal şəkildə qurulur, iş yerləri və müəssisələr yaradılır. Mən öz gözlərimlə Qarabağda görülən işləri gördüm və buna sevindim. İnsanların dinc və firavan həyata qayıtması üçün hər şey edilir.

    Azərbaycan bizim etibarlı müttəfiqimiz, strateji tərəfdaşımız və qardaş dövlətimizdir. Münasibətlərimizin əsasında vahid sivilizasiya kodu dayanır. Ümumi tarixi köklər, çoxəsrlik dostluq, sarsılmaz mənəvi dəyərlər, oxşar mədəniyyət və ənənələr var. Məhz bu dərin bağ münasibətlərimizi monolit və xarici konyunkturaya qarşı toxunulmaz edir”.

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR