• Bakı 12° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

"Fənərbağça" Kərəmin vəziyyəti ilə bağlı AÇIQLAMA 

İDMAN

23 Avqust 2026 | 14:31 | Müəllif: Gülşən Şərif

"Fənərbağça" Kərəmin vəziyyəti ilə bağlı AÇIQLAMA

Türkiyənin "Fənərbağça" klubu Superliqanın II turunda "Konyaspor"la oyunda xəsarət alan Kerem Aktürkoğlunun durumunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.

Məlumata görə, başından xasarət alan 27 yaşlı vinger nəzarət və ehtiyat tədbirləri üçün xəstəxanada müşahidə altında saxlanılıb və planlaşdırılmış müayinələrdən keçib. Oyunçunun tomoqrafiyasında problem aşkarlanmayıb. O, bu gün də nəzarətdə saxlanılacaq və sabah evə buraxılacaq.

Qeyd edək ki, "Fənərbağça" rəqibini 4:2 hesabı ilə məğlub edib. Kerem Aktürkoğlu 54-cü dəqiqədə əvəzlənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Noyabr 2026