• Bakı 28° C

    3.65 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

ABŞ-nin dövlət borcu 50 trilyon dollara çata bilər

İQTİSADİYYAT

23 Avqust 2026 | 16:04

ABŞ-nin dövlət borcu 50 trilyon dollara çata bilər

ABŞ hökuməti 40 trilyon dolları ötən dövlət borcunun azaldılması üçün cəmiyyətdə narazılıq yarada biləcək sərt addımlar atmaq məcburiyyətində qala bilər.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ federal hökuməti uzun illərdir vergi gəlirlərindən daha çox xərcləyir. Nəticədə büdcə kəsiri artır, dövlət borcu isə sürətlə yüksəlir.

Hazırda ABŞ-nin 30 illik dövlət istiqrazlarının gəlirliliyi 5,27 faizi keçib. Ekspertlər hesab edirlər ki, borclanmanın qarşısını almaq üçün Vaşinqton ya vergiləri artırmalı, ya da dövlət xərclərini azaltmalıdır. Hər iki qərarın əhali arasında ciddi narazılıq yarada biləcəyi bildirilir.

Mütəxəssislər ABŞ iqtisadiyyatı üçün "borc spiralı" riskinin də artdığını vurğulayırlar. Belə vəziyyətdə borca xidmət xərcləri iqtisadi artım tempini üstələyir. Hazırda ABŞ milli borc üzrə faiz ödənişlərinə ildə təxminən 1 trilyon dollar xərcləyir.

Peterson adına Beynəlxalq İqtisadiyyat İnstitutunun hesablamalarına əsasən, zəruri islahatlar həyata keçirilməsə, ABŞ-nin dövlət borcu qarşıdakı altı il ərzində 50 trilyon dollara çata bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Avqust 2026