• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dünya bazarında neft ucuzlaşdı

İQTİSADİYYAT

21 Sentyabr 2026 | 09:04 | Müəllif: Günəş Mərd

Dünya bazarında neft ucuzlaşdı

Dünya bazarında neft qiymətləri kəskin eniş edib.

Bakıvaxtı.az xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 2,27 dollar və ya 2,19% azalaraq bir barel üçün 101,60 dollara düşüb.

    “WTI” markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 2,22 dollar və ya 2,21% ucuzlaşaraq 98,08 dollar təşkil edib.

    Neftin ucuzlaşmasına ABŞ və İran arasında diplomatik təmasların bərpa oluna biləcəyinə dair gözləntilər və Səudiyyə Ərəbistanından neft ixracının artması təsir göstərib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR