• Bakı 28° C

    3.65 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

İlham Əliyevin Özbəkistan səfəri nə vəd edir? - MÜHÜM AÇIQLAMA

SİYASƏT

23 Avqust 2026 | 15:59

İlham Əliyevin Özbəkistan səfəri nə vəd edir? - MÜHÜM AÇIQLAMA

"Azərbaycan-Özbəkistan münasibətləri artıq strateji tərəfdaşlıqdan da o tərəfə keçib. Bu əlaqələr dərinləşdirilmiş müttəfiqlik səviyyəsindədir".

Bu sözləri  Bakıvaxtı.az-a açıqlamasında deputat Azər Allahverənov deyib.

Deputat vurğulayıb ki, Azərbaycan və Özbəkistan xalqlarını güclü tarixi köklər və digər mühüm fundamentlər üzərində qurulmuş çox vacib bir əməkdaşlıq modeli birləşdirir.

Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan əlaqələrinin əsas sütunları var və birincisi enerji sahəsində olan əməkdaşlıqdır. İkinci çox vacib məqam beynəlxalq nəqliyyat, yəni logistika sahəsində sıx tərəfdaşlıqdır:

"Vvurğulandığı kimi, beynəlxalq yükdaşımaların həcmi artaraq 1,2 milyon tona çatıb. Bu iki element çox qabarıq şəkildə özünü göstərir. Avrasiya məkanı üçün bu iki məqam çox önəm kəsb edir. Söhbət sadəcə Şərq-Qərb istiqamətindən getmir, eyni zamanda Şimal-Cənub istiqamətində beynəlxalq logistika da bu əlaqələrə daxildir".

Azər Allahverənov: İlham Əliyevin Özbəkistana budəfəki dövlət səfəri çox mühüm əhəmiyyət kəsb edir

Deputat vurğulayıb ki, nəzərə alaq ki, Özbəkistan Şimal-Cənub nəqliyyat dəhlizi üçün öz funksionallığını qoruyub saxlamaqdadır. Dediyionə görə, bu da onu göstərir ki, Cənubi Qafqazda Azərbaycanın özünəməxsus mövqeyi, missiyası olduğu kimi, Özbəkistanın da Mərkəzi Asiyada özünə məxsus funksiyası var.

A.Allhverənov bildirib ki, Bakı və Daşkənd faktiki iki bölgənin liderləri olaraq bu iki bölgəni bir araya gətirərək vahid əməkdaşlıq arealını formalaşdırır. Yəni iki mühüm bölgəni bir-birinə sıx bağlayırıq.

"Bu baxımdan, prezident İlham Əliyevin Özbəkistana budəfəki dövlət səfəri, səfər çərçivəsində imzalanacaq tarixi sənədlər çox mühüm əhəmiyyət kəsb edir", - Azər Allahverənov əlavə edib.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Avqust 2026