• Bakı 28° C

    3.65 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Pezeşkian: "ABŞ İranın Venesuela kimi süqut edəcəyini düşünürdü"

DÜNYA

23 Avqust 2026 | 14:43

Pezeşkian: "ABŞ İranın Venesuela kimi süqut edəcəyini düşünürdü"

"Yaxın Şərqdə münaqişəyə başlayan ABŞ İranın Venesuela kimi tezliklə süqut edəcəyini hesablayırdı, lakin İslam Respublikasının mətanəti sayəsində bu baş vermədi".

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bəyan edib.

"Düşmən İranın da Venesuela kimi süquta uğrayacağını zənn edirdi. Bu baş vermədi, üstəlik, İran öz gücü, mətanəti, birliyi və həmrəyliyi ilə bütün dünyanı heyrətə gətirən bir qüvvəyə çevrildi", - deyə o vurğulayıb.

İslam Respublikasının prezidenti əlavə edib ki, İrana qarşı tətbiq edilən "ən dəhşətli sanksiyalara" baxmayaraq, ölkə xalqı müqavimət göstərəcək.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı güclü iqtisadi təzyiq əməliyyatına başladığını elan etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Avqust 2026