• Bakı 28° C

    3.65 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

“Sabah” – “Hapoel” oyununun hakimləri açıqlandı

İDMAN

23 Avqust 2026 | 15:12

“Sabah” – “Hapoel” oyununun hakimləri açıqlandı

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Sabah” və İsrailin “Hapoel” (Beer-Şeva) komandaları arasında keçiriləcək cavab görüşünün hakim təyinatları açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşmanı rumıniyalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi İştvan Kovaç olacaq. Ona yan xətt hakimləri Mihay Marika və Ferens Tunyoqi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Şabolç Kovaç yerinə yetirəcək.

VAR hakimi almaniyalı Bastian Dankert, köməkçisi isə rumıniyalı Ketelin Popa olacaq.

Qeyd edək ki, “Sabah” – “Hapoel” (Beer-Şeva) qarşılaşması saat 20:45-də başlayacaq. Komandalar arasında ilk görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Avqust 2026