• Bakı 11° C

    12.08 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ağcabədidə ağır yol qəzası: 4 yaralı

HADİSƏ

23 Avqust 2026 | 13:43 | Müəllif: Gülşən Şərif

Ağcabədidə ağır yol qəzası: 4 yaralı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Ağabəyli kəndi ərazisində baş verib.

Belə ki, "ISUZU" markalı yük avtomobili ilə "Hyundai" markalı minik avtomobili toqquşub.

Qəza zamanı minik avtomobilində olan 4 nəfər - Rəhimov Göyüş Tahir oğlu, Abdullayeva Sevda Adil oğlu, Bayramlı Vüqar Cövdət oğlu və Abdullayeva Gülsənəm Abış qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026