• Bakı 28° C

    3.65 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Azərbaycan-Özbəkistan müttəfiqliyi Türk dünyasının güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır

SİYASƏT

23 Avqust 2026 | 16:29

Azərbaycan-Özbəkistan müttəfiqliyi Türk dünyasının güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır

"Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin strateji və müttəfiqlik xarakterinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.

O bildirib ki, son illərdə Azərbaycan və Özbəkistan arasında siyasi dialoq yüksək səviyyəyə çatıb:

“Dövlət başçıları arasında qarşılıqlı etimad münasibətləri əməkdaşlığın bütün istiqamətlərinə müsbət təsir göstərir. Prezident İlham Əliyevin bu səfəri də iki qardaş ölkənin mövcud əlaqələri daha da dərinləşdirməkdə maraqlı olduğunu nümayiş etdirir”.

Arzuxan Əlizadənin sözlərinə görə, Azərbaycan və Özbəkistanı yalnız tarixi, milli və mənəvi bağlar deyil, eyni zamanda ortaq strateji maraqlar da birləşdirir:

“Nəqliyyat, enerji, ticarət, investisiya, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Xüsusilə Orta Dəhlizin imkanlarının artırılması fonunda Azərbaycan və Özbəkistan arasında nəqliyyat-logistika əlaqələrinin inkişafı hər iki ölkənin regional iqtisadi mövqelərini daha da gücləndirə bilər”.

Arzuxan Əlizadə: Bu səfər iki qardaş ölkənin mövcud əlaqələri daha da dərinləşdirməkdə maraqlı olduğunu nümayiş etdirir

Müsahibimiz qeyd edib ki, Azərbaycan-Özbəkistan müttəfiqliyi Türk dünyasının güclənməsi baxımından da xüsusi əhəmiyyət daşıyır:

“İki ölkənin beynəlxalq platformalarda bir-birinə verdiyi dəstək və qarşılıqlı həmrəylik gələcəkdə daha geniş əməkdaşlıq imkanları yaradır. Bu baxımdan Prezident İlham Əliyevin Özbəkistana səfəri mövcud müttəfiqlik münasibətlərinin yeni mərhələyə yüksəldilməsi və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm addımdır”.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Avqust 2026