• Bakı 31° C

    6.52 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Azərbaycandan keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək 
 

İQTİSADİYYAT

23 Avqust 2026 | 11:02

Azərbaycandan keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, 7 vaqondan ibarət, çəkisi 242 ton olan propan 24 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 50 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1172 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Avqust 2026