• Bakı 28° C

    3.65 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Şavkat Mirziyoyev: “İki ölkə – bir çempionat” proqramının hazırlanması lazımdır

SİYASƏT

23 Avqust 2026 | 16:53

Şavkat Mirziyoyev: “İki ölkə – bir çempionat” proqramının hazırlanması lazımdır

Özbəkistan-Azərbaycan idman oyunlarının təsis edilməsini təklif edirik. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.

“Gələn il ölkələrimizdə, bu barədə də danışmışıq, mühüm idman tədbiri – gənclər arasında futbol üzrə dünya çempionatı keçiriləcək. Bununla əlaqədar yarışların başlanmasına qədər keçiriləcək idman, mədəniyyət və gənclər tədbirlərimizi birləşdirəcək genişmiqyaslı “İki ölkə – bir çempionat” proqramının hazırlanması lazımdır.

Həmçinin Özbəkistan-Azərbaycan idman oyunlarının təsis edilməsini təklif edirik. Bu çərçivədə gənclər yalnız idman arenalarında deyil, həm də intellektual yarışlarda mübarizə apara bilərlər. Əgər bunu komandalarımıza tapşırsaq, çox yaxşı olar”, - deyə Şavkat Mirziyoyev qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR