• Bakı 33° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Zakir Qaralovun şirkətinin 1 milyondan çox borcu var

İQTİSADİYYAT

24 Avqust 2026 | 10:00

Zakir Qaralovun şirkətinin 1 milyondan çox borcu var

“Akkord Hydrotechnical Construction Company” MMC-nin dövlət büdcəsinə vergi borcu 1 milyon manatdan çoxdur.

Bakıvaxtı.az xəbər verir ki, şirkətin VÖEN-i 1502808541-dir.

Vergi ödəyicilərinin məlumatlarına əsasən, “Akkord Hydrotechnical Construction Company” MMC aktivdir, ƏDV qeydiyyatındadır və riskli vergi ödəyicisi hesab edilmir.

Şirkətin vergi borcu 1 168 901 manat təşkil edir.

“Akkord Hydrotechnical Construction Company” MMC “Akkord” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərib. Şirkətin əsas fəaliyyət istiqamətlərinə su təchizatı və kanalizasiya sistemlərinin, içməli və tullantı sularının təmizlənməsi qurğularının, su anbarlarının və digər infrastruktur obyektlərinin tikintisi daxildir.

Qeyd edək ki, şirkətin əvvəlki dövrlərdə də dövlət büdcəsinə böyük məbləğdə vergi borcu olub. 2022-ci ildə yayılan məlumatda onun vergi borcunun 2,122 milyon manat olduğu bildirilmişdi.

İddialara görə, “Akkord Hydrotechnical Construction Company” MMC-nin Azərbaycanın sabiq Baş Prokuroru Zakir Qaralova məxsus olduğu bildirilir.

Elcan Musalı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Avqust 2026