• Bakı 12° C

    11.45 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İlham Əliyevdən ÇAĞIRIŞ

SİYASƏT

23 Avqust 2026 | 21:18 | Müəllif: Əli Hüseynov

İlham Əliyevdən ÇAĞIRIŞ

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan üçün bərə inşasının sürətləndirilməsinin və layihəyə prioritet xarakter verilməsinin zəruriliyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, dövlət başçısı bu barədəAzərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.

"Nəqliyyat-tranzit sahəsində artıq müəyyən nəticələrimiz var. Mənə məruzə ediblər ki, Özbəkistandan Azərbaycan ərazisindən yüklərin həcmi artır. Özbəkistan üçün bərə tikintisini də sürətləndirmək zəruridir. Şavkat Miromonoviçlə bu barədə danışmışıq. Məsələ həllini tapıb, sadəcə, bu layihəni prioritet siyahıya daxil etmək lazımdır. Hazırda gəmiqayırma zavodumuzda, eyni zamanda, təxminən on müxtəlif modifikasiyalı - bərə, tanker və quru yük gəmiləri inşa edilir. Zavod indi yüz faiz gücü ilə işləyir, ona görə də düşünürəm ki, bura bərə üçün ən uyğun yerdir".

Azərbaycan lideri həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin diqqətini Özbəkistan üçün bərə inşası məsələsinin prioritet xarakterinin nəzərə alınması zərurətinə yönəldib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026