• Bakı 21° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Bursada MEŞƏ YANĞINI

DÜNYA

24 Avqust 2026 | 11:05 | Müəllif: Zeynəb Rzayeva

Bursada MEŞƏ YANĞINI

Bursanın Kestel və Yıldırım rayonlarında, Uludağ ətəklərindəki şam meşələrində eyni vaxtda 3 fərqli nöqtədə güclü yanğın başlayıb.

Bakıvaxtı.az türk mediasına istinadən xəbər verir ki, alevlərə qarşı havadan və qurudan genişmiqyaslı söndürmə əməliyyatı həyata keçirilir.

Məlumata görə, yanğın səhər saatlarında Derekızık kəndi, Aktaştepe və Karapınar ərazilərində qeydə alınıb. Xüsusilə Derekızık kəndi su zavodlarının üst hissəsində alovların yayılmasının qarşısını almaq üçün Bursa Meşə Bölge Müdirliyinin 2 helikopteri, 8 arazözü, 4 dozeri və çoxlu sayda texnikası əraziyə cəlb olunub.

Əməliyyatlara itfaiye briqadaları ilə yanaşı jandarma və yerli sakinlər də dəstək verir. Hər 3 ərazidə söndürmə işləri davam etdirilir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026