Son altı həftə ərzində Fransada, “Pillemoine”də demək olar ki, yağış yağmayıb. Jura bölgəsindəki bu kiçik kəndi təmin edən bulaq hazırda gündə cəmi 2-3 kubmetr su verir ki , bu da təxminən 10 kubmetrlik təxmini ehtiyacdan çox aşağıdır.
Bakıvaxtı.az “France 3 Bourgogne-Franche-Comté” qəzetinə istinadən xəbər verir ki, bu kənddə su müharibəsi başlayıb.
Mer Herve Jirardot qeyd edib ki, çənləri təmin edən bir bulaq var və quraqlıq səbəbindən hər ötən gün axın azalır:
“Buna görə də bu yay təchizat və istehlak arasında çatışmazlıq yaranır. Bu vəziyyət kəndi təmin etmək üçün su tankerləri çağırmağımıza səbəb ola bilər”.
Mətndə qeyd olunur ki, kəndin Bələdiyyə şurası sudan qənatlə istifadəni təmin etmək üçün iyulun sonunda artımı təsdiqləyib:
“Kubmetr üçün qiymət 1,10 avro idi və artıq 8 avroya qalxıb”
Mətndə o da vurğulanır ki, su ilə bağlı qiymətin bu qədər sərtləşdirilməsi Herve Jirardotun ilk təcrübəsi deyil. O, bunu artıq 2018-ci ildə də həyata keçirib. İyulun ortalarından etibarən bərpa edilən tədbir uğurlu olub. İstehlak sonrakı günlərdə 20% azalıb . Bu, daha bahalı su tankerlərinə etibar etmək əvəzinə, düşünülmüş bir seçim idi.
Aydın




