• Bakı 32° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Əvvəl 1-2 indi 10-12 qəpik: YUMURTA NİYƏ BAHALAŞDI? 

İQTİSADİYYAT

24 Avqust 2026 | 11:00

Əvvəl 1-2 indi 10-12 qəpik: YUMURTA NİYƏ BAHALAŞDI?

“May aydında bazarda yumurta bolluğu yaranmışdı - həm sənaye, həm kənd təsərrüfatı yumurtası istehsalı artmışdı, gündəlik istehsal 6 milyona qədər yüksəlmişdi. Bazarda ciddi rəqabət yaranmışdı, təklif artdıqca istehsalçılar məhsullarını satmağa çalışaraq, qiymətləri aşağı salmışdılar. Elə bu səbəbdən bəzi marketlərdə yumurta 1 qəpiyə təklif olunurdu”.

Bu barədə Bakıvaxtı.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli yumurtanın hazırkı qiyməti ilə bağlı danışarkən bildirib.

O qeyd edib ki, bu, dəyərindən aşağı, əslində zərərinə satış olub: 

“Yumurtanın maya dəyəri fabrikdən-fabrikə dəyişərək, təxminən 10-12 qəpik arasında formalaşırdı, yəni 1 qəpiyə satış real bazar qiyməti deyil, müvəqqəti kəskin təklif artımının nəticəsi idi. Bunu bir reklam kampaniyası kimi də qiymətləndirmək olar. Sonra qiymət yenidən qalxdı, çünki bir sıra amillər eyni anda təsir göstərdi. Yəni yem xərcləri artdı, qarğıdalı, soya kimi komponentlərin bahalaşması yumurtanın maya dəyərini yüksəltdi. Enerji, yanacaq və nəqliyyat xərcləri bahalaşdı, bu da istehsal müəssisələrinin xərc yükünü artırdı”. 

Ekspert bildirib ki, kənd yumurtasında qiymət dəyişikliyi mövsümi hadisədir:

“Yayda istehsal çox olur, üzü payıza doğru kəskin azalır, bu da qiymət artımına səbəb olur. Həm də kənd yumurtasının saxlanma şəraiti müxtəlif olur, bir çoxları tez xarab olur. Beləliklə, mayda yumurtanın 1 qəpiyə təklif olunması, demək olar ki, dempinq qiymətinin nəticəsi idi. İndiki 17-20 qəpik isə real xərclərə, (yem, enerji, mövsümi təklifin azalması) uyğun səviyyəyə qayıtmadır”. 

İqtisadçı-ekspert Pərviz Heydərov isə Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, yumurtanın qiymətinin 1 qəpik olması tendensiyası aldadıcı xarakter daşıyıb:

“Yumurtanın 1 qəpiyə satılması mümkün deyil. Ümumiyyətlə, heç bir məhsulun qiyməti birdən-birə o cür fərqli təklif oluna bilməz. Yumurtanın qiyməti mövsümi faktorlar və digər amillərlə bağlı olaraq, 20,25,30,35,40 qəpik aralığında dövr edir. Amma uzun müddətdir ki, 20 qəpikdən aşağı düşmür. Ölkədə həm yerli, həm də idxal məhsulları var. Baha olan yerli məhsuldur. Gözlənilən budur ki, yem məhsullar baha olarsa, aqrar sahədə real acınacaqlı vəziyyət uzun müddət davam edərsə, yumurtanının qiymətinin 50-qəpikdən də yüksək ola biləcəyini istisna etməməliyik”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Avqust 2026