• Bakı 30° C

    6.26 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

11 sentyabr qurbanlarından daha birinin şəxsiyyəti müəyyənləşdi

DÜNYA

24 Avqust 2026 | 13:56

11 sentyabr qurbanlarından daha birinin şəxsiyyəti müəyyənləşdi

ABŞ-nin Nyu-York şəhərində 11 sentyabr 2001-ci il terror aktlarının daha bir qurbanının şəxsiyyəti rəsmi olaraq təsdiqlənib. Bu, DNT testi və nəsil şəcərəsi təhlilini birləşdirən genetik genealogiya metodu sayəsində mümkün olub.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə ABC telekanalı məlumat verib.

Şəhərin baş məhkəmə-tibb eksperti Ceyson Qremin sözlərinə görə, həmin gün həlak olan təxminən 3000 qurbandan 1651-cinin şəxsiyyəti müəyyən edilib. Qeyd olunur ki, 25 il əvvəl belə bir texnologiya mövcud deyildi.

Məhkəmə-tibbi antropoloq Cennifer Odien ehtimal edir ki, yeni yanaşma daha 47 nəfərin müəyyənləşdirilməsinə kömək edə bilər. Ümumilikdə təxminən 1100 ölənin şəxsiyyəti müəyyənləşdirilməmiş olaraq qalır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Avqust 2026