• Bakı 27° C

    6.26 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Fabinyo "Trabzonspor"da

İDMAN

24 Avqust 2026 | 13:46

Fabinyo "Trabzonspor"da

"Trabzonspor" klubu braziliyalı yarımmüdafiəçi Fabinyonu transfer edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Superliqa təmsilçisi Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun sabiq yarımmüdafiəçisi ilə bütün məsələlərdə razılığa gəlib.

"Fabinyo gəlir! Saat 11:30-da bütün azarkeşlərimizi Trabzon hava limanında böyük görüşə gözləyirik", - deyə klubun açıqlamasında bildirilib. Fabinyo da azarkeşlərə müraciət edərək: "Trabzonda məni tanış sima gözləyir. Mən də yoldayam. Bizə hər yer Trabzondur", - deyə qeyd edib.

32 yaşlı braziliyalı futbolçu hazırda azad agent statusu daşıdığı üçün "Trabzonspor" rəhbərliyi onun keçidinə heç bir transfer məbləği ödəməyəcək.

Qeyd edək ki, təcrübəli dayaq yarımmüdafiəçisi son olaraq "Əl-İttihad"da çıxış edib. O, Səudiyyə Ərəbistanı klubunun heyətində 111 oyunda 7 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Fabinyonun karyerasında "Rio Ave", "Real Madrid"in B komandası, "Monako" və "Liverpul" kimi klublar da yer alıb.

Braziliya millisinin formasını 36 dəfə geyinən Fabinyo milli komandada bir məhsuldar ötürmə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Avqust 2026