• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ehtiram Quliyev "Turan Tovuz"dan gedir?

İDMAN

22 Sentyabr 2026 | 16:22 | Müəllif: Əli Hüseynov

Ehtiram Quliyev "Turan Tovuz"dan gedir?

Bu gün sosial şəbəkələrdə və mediada Ehtiram Quliyevin "Turan Tovuz"un rəhbərliyindən istefa verəcəyi ilə bağlı xəbərlər yayılıb.

Bakıvaxtı.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı klub rəhbəri açıqlama verib.

O bildirib ki, hazırda klub daxilində mətbuatda qeyd edildiyi kimi narahatlıq yoxdur.

"Turan" klubu vahid sistemdən idarə olunur. Əsas məqsədimiz Azərbaycan futbolunun, xüsusilə "Turan" klubunun inkişafıdır. Bunun üçün bütün çalışmalarımız davam edir. Hazırda bütün gücümüzü "Turan Tovuz" - "Fənərbağça" oyununa yönəltmişik. Təbii ki, bizim də klub olaraq bəzi narahatlığımız var. Bunu lazım gəldikcə ictimaiyyətə də bildirmişik və bildirməyə də davam ediləcək.

Oktyabr ayında klubun idarə heyətinin toplanması nəzərdə tutulub. Orada müzakirə ediləcək məsələlərlə bağlı AFFA-nın da mövqeyi öyrəniləcək. Toplantıda klubun və idarə heyəti sədrinin gələcək taleyinə aydınlıq gələcək. Bundan sonra veriləcək qərar ictimaiyyətə elan ediləcək", - E.Quliyev vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026