• Bakı 10° C

    5.13 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Lukaşenko 31 Ukrayna vətəndaşını əfv etdi

DÜNYA

22 Noyabr 2025 | 17:17

Lukaşenko 31 Ukrayna vətəndaşını əfv etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko 31 Ukrayna vətəndaşını əfv edib. Onlar bu gün vətənə qayıdacaqlar.

Bakıvaxtı.az “Belta” agentliyinə istinadən xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat katibi Natalya Eysmont bildirib.

“ABŞ Prezidenti Donald Tramp ilə Aleksandr Lukaşenko arasında əldə edilən razılaşmaların davamı olaraq, Ukrayna tərəfinin xahişi ilə və qonşu dövlətdə silahlı münaqişənin həlli üçün şərait yaratmaq məqsədilə Prezident 31 Ukrayna vətəndaşını əfv edib”, - deyə Eysmont bildirib. O, həmçinin qeyd edib ki, bundan əvvəl əfv olunmuş ukraynalılar Belarus ərazisində cinayət törətmişdilər.

İki katolik keşişi də əfv edilib. Onların azadlığa buraxılması “Papa XIV Leonun xahişi ilə” həyata keçirilib.


SON XƏBƏRLƏR