• Bakı C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.9924

    RUB - 2.1118

Yaponiyanın ən böyük nüvə elektrik stansiyası fəaliyyətə başlayacaq

DÜNYA

22 Dekabr 2025 | 16:13

Yaponiyanın ən böyük nüvə elektrik stansiyası fəaliyyətə başlayacaq

Dünyanın ən güclü nüvə elektrik stansiyası hesab edilən Kaşivazaki-Kariva Atom Elektrik Stansiyası yenidən işə salınacaq.

Bakıvaxtı.az "The Japan Times"a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Niigata prefekturasının qubernatoru Hideyo Hanadzumi açıqlama verib.

Onun sözlərinə görə, nüvə elektrik stansiyasının yeddi reaktordan birinin yanvarın 20-də yenidən işə salınması gözlənilir.

Xatırladaq ki, Yaponiya 2011-ci ildə Fukuşima Daiiçi qəzasından sonra Kaşivazaki-Kariva Atom Elektrik Stansiyası da daxil olmaqla, 54 nüvə elektrik stansiyası reaktorunun hamısını dayandırıb. Son on ildə Yaponiya onlardan bəzilərini yenidən işə salıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR