• Bakı C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.9924

    RUB - 2.1118

SOCAR Türkiyədə elektrik stansiyası alacaq

SİYASƏT

22 Dekabr 2025 | 15:44

SOCAR Türkiyədə elektrik stansiyası alacaq

SOCAR Türkiyədə yerləşən “Gama Enerji İç Anadolu” elektrik stansiyasında (870 MVt) 100% paylarını əldə etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.

Əli Əsədov deyib ki, enerji işbirliyimizin aparıcı qüvvəsi olan SOCAR bu gün də Türkiyədəki fəaliyyətini genişləndirir: “Bu kontekstdə Petkim bir sıra yeni fabriklərin tikintisini, bəzi fabriklərin isə modernizasiyasını planlaşdırır. Bununla yanaşı SOCAR Türkiyədə yerləşən “Gama Enerji İç Anadolu” elektrik stansiyasında (870 MVt) 100% paylarını əldə etməyi planlaşdırır (225 mln $). Bununla bağlı sabah 2-ci Azərbaycan-Türkiyə İnvestisiya Forumunda Saziş imzalanacaq”./APA


SON XƏBƏRLƏR