• Bakı C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.9924

    RUB - 2.1118

4 nəfərin ölümünə səbəb olan klub prezidenti azadlığa buraxıldı

CƏMİYYƏT

22 Dekabr 2025 | 14:31

4 nəfərin ölümünə səbəb olan klub prezidenti azadlığa buraxıldı

Amnistiya aktı Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevə də şamil olunub.

Bakıvaxtı.az xəbər verir ki, o, bu gün cəza çəkdiyi məntəqə tipli cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

O, məhkəmənin qərarı ilə 8 il müddətə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 5 ilə endirilib.

Amnistiya aktı ilə o, cəzasının çəkilməyən hissəsindən azad edilib.


SON XƏBƏRLƏR