• Bakı C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.9924

    RUB - 2.1118

Qarabağda Türkiyə şirkətlərinin həyata keçirdiyi layihələrin dəyəri açıqlanıb

İQTİSADİYYAT

22 Dekabr 2025 | 15:38

Qarabağda Türkiyə şirkətlərinin həyata keçirdiyi layihələrin dəyəri açıqlanıb

Azad edilmiş ərazilərdə Türkiyə şirkətlərinin həyata keçirdiyi layihələrin dəyəri açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.

Əli Əsədov deyib ki, Bugünə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına $20 mlrd-dan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına $18 mlrd sərmayə qoyub: “Azərbaycan Türkiyədə, Türkiyə isə Azərbaycanda ən böyük sərmayədarlardan biridirlər. Türkiyədə 3000 Azərbaycan şirkəti fəal iş aparır. Azərbaycanda isə Türkiyə investisiyalı 4600-dən çox kommersiya qurumu mövcuddur. Biz Türkiyə şirkətlərinin fəaliyyəti üçün bütün lazımi şəraiti yaratmışıq. Azərbaycanın azad edilmiş ərazilərində icra edilən layihələrdə qardaş Türkiyə şirkətləri bizimlə bərabər çalışır. 20-yə yaxın Türkiyə şirkəti həmin ərazilərdə 50-ə yaxın layihə icra edir ki, həmin layihələrin ümumi dəyəri təqribən 5 milyard dollardır. Bu layihələr avtomobil və dəmir yollarının tikintisi, enerji, kənd təsərrüfatı, su və meliorasiya, layihələndirmə və digər sahələri əhatə edir”./APA


SON XƏBƏRLƏR