• Bakı C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.9924

    RUB - 2.1118

İstehsal etdiyimiz məhsulları Ermənistana sata bilsək… - AÇIQLAMA

SİYASƏT

22 Dekabr 2025 | 15:32

İstehsal etdiyimiz məhsulları Ermənistana sata bilsək… - AÇIQLAMA

“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın bu il avqustun 8-də Vaşinqtonda əldə razəılaçbu il avqustun 8-də Vaşinqtonda iki ölkə arasında sülh prosesinin inkişafı üçün əldə etdiyi razılaşmalara uyğun olaraq Azərbaycan ilkin olaraq çox böyük jestlər edib”.

Bunu Bakıvaxtı.az-a çıqlamasında Ədalət Partiyasının sədri Mütəllim Rəhimov deyib.

Onun sözlərinə görə, ölkəmizin hava məkanı Ermənistanın aviasiyasının uçuşuna açıldı. Bundan sonra Qazaxıstan taxılının Azərbaycandan keçməklə Ermənistana çatdırılması təmin edildi. Müsahibimiz SOCAR-ın Ermənistana benzin satmağa başlamasını da adekvat qiymətləndirir.

Dediyinə görə, indiyədək izolyasiyaya məruz qalan Ermənistan defolt olmayıbsa və alternativ yollarla ehtiyacını təmin etməyi bacarıbsa, deməli bundan sonra da bunu edəcək:

“Ona görə də Ermənistanın bizim bazara çevrilməsinin neqativ tərəfi ola bilməz. Bu, qonşu ölkənin bizdən asılılığını artıracaq”.

Mütəllim Rəhimov: Azərbaycan Ermənistanla münasibətlər qurmaqdan cəkinməməlidir

M.Rəhimov qeyd edib ki, bu baxımdan Ermənistana gedən bütün tranzit yollarının ölkəmizdən keçməsi yaxşı olardı. Həmsöhbətimiz hesab edir ki, əgər istehsal etdiyimiz məhsulları da bu ölkəyə sata bilsək bu bizə əlavə üstünlük qazandıracaq:

“Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Bu, onun sülhsevər olduğunun təsdiqidir. Azərbaycan Ermənistanla münasibətlər qurmaqdan cəkinməməlidir. Bu, bizim beynəlxalq mövqelərimizə müsbət təsir etməklə yanaşı, həm də milli maraqlarımıza uyğundur".

Aydın Baxış


SON XƏBƏRLƏR