• Bakı C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.9924

    RUB - 2.1118

Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir

      CƏMİYYƏT

      22 Dekabr 2025 | 14:36

      Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir

      Dekabrın 22-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.

      Bakıvaxtı.az xəbər verir ki, məhkəmədə təqsirləndirilən şəxslər David Babayan və Levon Mnatsakanyan son söz deyiblər.

      Onlar ittiham tərəfinin çıxışında qeyd etdiklərinə əks dəlillər səsləndirib.

      Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


      SON XƏBƏRLƏR