• Bakı C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Naftalan neftinin istifadəsi ilə bağlı yoxlama keçiriləcək

CƏMİYYƏT

22 Dekabr 2025 | 12:28

Naftalan neftinin istifadəsi ilə bağlı yoxlama keçiriləcək

Naftalan neftinin sanitariya norma və qaydalarına, gigiyena normativlərinə uyğun istifadəsinə tibbi nəzarət həyata keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi 2026-2029-cu illər üçün Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair Tədbirlər Proqramında əksini tapıb.

Proqrama əsasən, sözügedən yoxlamaları Səhiyyə Nazirliyi və Dövlət Turizm Agentliyi həyata keçirəcək.

Yoxlamaların aparılması zamanı Naftalan neftinin mövcud olan dövlət standartlarına uyğunluğunun və sanitariya norma və qaydalarına əməl edilməsinin yoxlanılması nəticəsində aşkar olunan qüsurların aradan qaldırılması məqsədilə tədbirlər görüləcək.


SON XƏBƏRLƏR

21 Dekabr 2025