Amnistiya aktı Xırdalanda xəstənin ölümünə səbəb olmaqda ittiham edilərək həbs olunan tibb bacısı Şəfaqət Bağıyevaya da şamil edilib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, o, bu gün cəza çəkdiyi məntəqə tipli cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Məhkəmənin qərarı ilə Şəfaqət Bağıyeva 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Amnistiya aktı ilə o, cəzasının çəkilməyən (1 il) hissəsindən azad edilib.
Bakı 




