• Bakı 8° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Yanğın zamanı arvadını xilas edən kişi öldü - YENİLƏNİB

HADİSƏ

22 Dekabr 2025 | 14:53

Yanğın zamanı arvadını xilas edən kişi öldü - YENİLƏNİB

Bakının Səbail rayonu, Bayıl qəsəbəsində baş verən yanğının səbəbi məlum olub.

Bakıvaxtı.az "Teleqraf"a istinadən xəbər verir ki, qonşuların bildirdiyinə görə, Cənub Dərə küçəsində yerləşən ev yanğın zamanı ölən Andrey Vladimiroviç Starçevoya məxsus olmayıb.

Qeyd edilib ki, Andrey həyat yoldaşı İrina ilə birlikdə küçədə yaşayırmış. Lakin üç ay bundan öncə Şirvan Abdullayev özünə məxsus evdə onlara sığınmaq üçün bir otaq verib. Cütlük tez-tez mübahisə edirmişlər.

Şirvan Abdullayevin verdiyi məlumata görə, Andrey iki ayağından əlil olub. Hadisə vaxtı isə, o, həyat yoldaşını xilas etmək üçün əli ilə itələyərək küçəyə çıxarıb.

Hadisəyə səbəb kimi elektrik sobasında qısaqapanma göstərilir.

***

09:12

Bakıda evdə yanğın zamanı bir nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Səbail rayonu, Cənub Dərə küçəsində yerləşən evdə qeydə alınıb.

Belə ki, Starçevoy Andrey Vladimiroviçin yaşadığı evdə qısaqapanma nəticəsində baş verən yanğın nəticəsində ölüb.

Faktla bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026