Bakı metrosunun "İçərişəhər" stansiyasında xətlərin ayrılması layihəsi çərçivəsində dönmə tunelinin (dönmə kamerası) inşasına start verilib.
Bu barədə Bakıvaxtı.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, bu obyekt qatarların daha sürətli geri dönüşünü, minimal intervalı və pik saatlarda ehtiyat qatarın hazır vəziyyətdə saxlanılmasını təmin edəcək. Həmçinin sərnişinlərin minib-düşmə sahələri bir-birindən tam ayrılaraq "Həzi Aslanov" istiqamətinə minik yeni platformadan həyata keçiriləcək.
"Ərazidə piyada zonası, yaşıllıq və 200+ yerlik yeraltı parkinqin yaradılması da planlaşdırılır. Tikinti zamanı stansiyanın fəaliyyəti dəyişməyəcək. Dönmə kamerası sərnişin girişinə xidmət etməyəcək", - məlumatda qeyd olunub.
Bakı 




