• Bakı C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Maşınla motosikletçini qəsdlə vurub üstündən keçdi

HADİSƏ

22 Dekabr 2025 | 12:18

Maşınla motosikletçini qəsdlə vurub üstündən keçdi

Ordubad Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada və xuliqanlıqda təqsirləndirilən İkram Məlikovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bakıvaxtı.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Tural Haqverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilib İkram Məlikov barəsində tibbi xarakterli məcburi tədbirlər təyin olunub və o, sağalanadək məcburi qaydada ümumi tipli psixiatriya stasionarında müalicə ediləcək. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan hazırkı qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb. Qərar qanuni qüvvəyə mindikdən sonra İkram Məlikovun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi qərara alınıb. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına həvalə edilib.

İttihama görə, İkram Məlikov əziyyət çəkdiyi paranoid şizofreniya psixi xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə - yəni öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan - 21 iyul 2025-ci il tarixdə saat 10:20-də Ordubad rayonu Aşağı Əylis kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində istifadəsində olan VAZ-2121 avtomobili ilə digər şəxsə məxsus VAZ-2107 maşınını vuraraq ona maddi ziyan yetirib.

Məlumata görə, təqsirləndirilən şəxs həmin vaxt sözügedən yanacaqdoldurma məntəqəsində özünə məxsus avtomobillə Ordubad şəhər sakini, zərərçəkmiş D.D.-yə məxsus motosikleti də vurub. Hadisə nəticəsində zərərçəkmiş şəxsə az ağır xəsarət yetirilib, həmçinin onun üzərindən avtomobillə keçməklə ictimai qayda kobud şəkildə pozulub.

Beləliklə, təqsirləndirilən şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan, cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlər etməklə xuliqanlıq törədib.

Məhkəmə istintaqı zamanı müəyyən olunub ki, İkram Məlikov cinayət əməllərini anlaqsız vəziyyətdə törədib və onun hərəkətləri Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan əməllərin əlamətlərini təşkil edir.

Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin qanuni nümayəndəsi ifadəsində bildirib ki, İkram Məlikov onun doğma qardaşıdır və uzun müddətdir paranoid şizofreniya psixi xəstəliyindən əziyyət çəkir. Qeyd olunub ki, baş vermiş hadisə nəticəsində zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan tam ödənilib.


SON XƏBƏRLƏR

21 Dekabr 2025