“Azərbaycan Dəmir Yolları” QSC-nin 2023 və 2024-cü illər üzrə xalis maliyyə nəticələrinin zərərlə yekunlaşmasının əsas səbəbi Gürcüstandakı filialın fəaliyyəti və Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu layihəsi ilə bağlı dövlət maliyyələşməsi olub.
Bu barədə Bakıvaxtı.az QSC-yə istinadən xəbər verir.
Bildirilib ki, BTQ layihəsi çərçivəsində illik yükdaşıma qabiliyyətinin 1 milyon tondan 5 milyon tona artırılması məqsədilə həyata keçirilən dövlət maliyyələşməsi ADY-nin konsolidə edilmiş maliyyə hesabatlarında gəlir kimi deyil, xərc kimi tanınıb. Nəticədə bu vəsaitlər şirkətin xalis maliyyə nəticələrinə mənfi təsir göstərib.
Qeyd olunub ki, sözügedən təsirin əməliyyat göstəricilərinə təsirini neytrallaşdırmaq məqsədilə düzəlişlər aparılıb. Nəticədə düzəldilmiş amortizasiya, faiz və vergidən əvvəl mənfəət (AFVƏM) göstəricisi 2024-cü il üzrə 112,3 mln manat, 2023-cü il üzrə isə 142,6 mln manat təşkil edib.
Bakı 




