• Bakı C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.187

Xankəndiyə köçən sakinlərə maarifləndirmə tədbiri keçirildi

CƏMİYYƏT

21 Yanvar 2026 | 16:33

Xankəndiyə köçən sakinlərə maarifləndirmə tədbiri keçirildi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Xankəndi şəhərinə qayıdan sakinlər üçün partlayıcı sursat riskləri ilə bağlı maarifləndirmə tədbiri keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə agentliyin "X" sosial media hesabında məlumat paylaşılıb.

Bildirilib ki, tədbir zamanı sakinlərə əsas təhlükəsizlik qaydaları, şübhəli ərazilərin əlamətləri və xəbərdarlıq nişanları barədə məlumat verilib, həmçinin təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamaq və şübhəli əşyalara toxunmamaq çağırışı edilib. Həmçinin sakinlərə müxtəlif növ maarifləndirici və qabaqlayıcı çap materialları paylanıb.

 


SON XƏBƏRLƏR