• Bakı C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.187

Ötən il paytaxtda törədilən qətllərin sayı açıqlandı

CƏMİYYƏT

21 Yanvar 2026 | 16:21

Ötən il paytaxtda törədilən qətllərin sayı açıqlandı

Ötən il Bakıda 14 104 cinayət hadisəsi törədilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunda 2025-ci ildə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsində deyilib.

Bildirilib ki, həmin cinayətlərin 93,4 %-nin açılması təmin olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ildə törədilən 39 qəsdən adam öldürmə cinayətinin və 19 qəsdən adam öldürməyə cəhdin hamısının, həmçinin ötən illərdən bağlı qalan 2 qəsdən adam öldürmə və 1 qəsdən şəxsin ölümünə səbəb olan ağır xəsarət yetirmə cinayətlərinin açılması təmin edilib.


SON XƏBƏRLƏR