• Bakı C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.187

Bu klinikanın əşyaları müsadirə olundu - FOTOLAR

CƏMİYYƏT

21 Yanvar 2026 | 16:25

Bu klinikanın əşyaları müsadirə olundu - FOTOLAR

“Oliva beauty style”ın fəaliyyət göstərdiyi klinikanın əşyaları müsadirə olunub.

Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, söhbət Bakının Əhməd Cavad 76 ünvanında yerləşən obyektin əşyalarından gedir.

Qeyd edək ki, “Oliva beauty style”ın direktoru, həkim kosmetoloq Gülarə Zeynalovadır. Əşyaların hansı səbəbdən hərraca çıxarıldığı bəlli deyil.

Hərraca çıxarılan əşyalar arasında mebel dəstləri, məişət avadanlığı, eyni zamanda tibbi cihazlar var. Müsadirə olunan əşyaların ümumi dəyəri 100 min manat civarındadır.

Onu da bildirək ki, hərraclar, məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı əmlakın hərracda satılması yolu ilə tələbin ödənilməsi məqsədilə icra məmurlarının sifarişi əsasında həyata keçirilir.


SON XƏBƏRLƏR