Xarici işlər naziri Ceyhun Bayramov Kolumbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luis Fernando Kuartas Ayalanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Bu barədə Bakıvaxtı.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud münasibətlərin inkişafını məmnunluqla qeyd edərək, bu istiqamətdə göstərdiyi səylərə görə səfirə təşəkkürünü bildirib.
Görüş zamanı ölkələrimiz arasında mövcud siyasi dialoqun qorunub saxlanılması və inkişaf etdirilməsində qarşılıqlı səfər və təmasların, eləcə də siyasi və konsulluq məsləhətləşmələrinin əhəmiyyəti qeyd olunub.
Nazir Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası (COP29) çərçivəsində Kolumbiya Respublikasının xarici işlər naziri Luis Gilberto Muriyo ilə keçirdiyi görüşü məmnunluqla xatırladaraq, bu cür təmasların ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıb.
Azərbaycan və Kolumbiya arasında ikitərəfli əsasda, habelə BMT, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli müstəvidə əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov səfir Luis Fernando Kuartas Ayalanın Azərbaycan–Kolumbiya münasibətlərinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bakı 




