• Bakı C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Azərbaycanda bu günlərdə iş olmayacaq

CƏMİYYƏT

22 Dekabr 2025 | 09:24

Azərbaycanda bu günlərdə iş olmayacaq

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətilin elan olunacağı gözlənilir.

Bakıvaxtı.az-ın məlumatına görə, Nazirlər Kabinetinin müvafiq qərar verəcəyi təqdirdə, 2025-ci ilin 29, 30, 31 dekabr və 2026-cı ilin 1, 2, 3, 4 yanvar tarixlərinin qeyri-iş günləri elan edilməsi mümkün hesab olunur.

Məlumata əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci ilin 29 və 30 dekabr tarixlərindəki iş günlərinin 27 və 28 dekabr şənbə-bazar günləri ilə yerlərinin dəyişdirilməsi ehtimal olunur.

Beləliklə, Nazirlər Kabinetinin qərarı olacağı halda, 29 dekabr 2025-ci ildən 5 yanvar 2026-cı ilədək ölkədə bayram tətilinin tətbiq ediləcəyi proqnozlaşdırılır.

Nazirlər Kabinetindən Bakıvaxtı.az-a bildirilib ki, bununla bağlı hələlik bir qərar yoxdur.

Əli Hüseynov


SON XƏBƏRLƏR

21 Dekabr 2025