Comex birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) qızıl və gümüş fyuçerslərinin qiymətləri müvafiq olaraq troya unsiyası üçün 4425 dollar və troya unsiyası üçün 69,5 dollardan yuxarı qalxaraq yeni rekord səviyyəyə çatıb.
Bakıvaxtı.az-ın məlumatına görə, 2026-cı ilin fevral ayı üçün qızılın qiyməti 0,94% artaraq troya unsiyası üçün 4428,5 dollara, 2026-cı ilin mart ayı üçün gümüşün qiyməti isə 3,01% artaraq troya unsiyası üçün 69,52 dollara çatıb.
2025-ci ilin əvvəlindən bəri qızıl fyuçersləri 62,82%, gümüş fyuçersləri isə ikiqatdan çox, yəni 137,27% artıb.
Aynur Babazadə
Bakı 




