• Bakı C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Canavar hücumuna məruz qalan şəxslərin vəziyyəti - AÇIQLANDI

CƏMİYYƏT

22 Dekabr 2025 | 10:26

Canavar hücumuna məruz qalan şəxslərin vəziyyəti - AÇIQLANDI

Şəkinin Bideyiz kəndində canavar hücumuna məruz qalan 5 nəfərin vəziyyəti açıqlanıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. 

Bildirilib ki, dekabrın 21-i saat 22:50 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə canavar dişləməsi səbəbilə 5 nəfər (3 kişi, 2 qadın) hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri orta ağır olan 2 nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 3 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.


SON XƏBƏRLƏR

21 Dekabr 2025