• Bakı C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Amnistiya aktının icrasına başlanıldı

CƏMİYYƏT

22 Dekabr 2025 | 09:05

Amnistiya aktının icrasına başlanıldı

Prezident İlham Əliyevin təşəbbüsü ilə parlamentin qəbul etdiyi amnistiya aktının icrasına başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu saatlardan etibarən cəzaçəkmə müəssisələrindən məhkumların azad edilməsinə start verilir.

Bu, ən böyük amnistiya aktı hesab olunur. 20 min məhkuma şəmil ediləcək sənədə əsasən 5 minə yaxın şəxs həbs cəzalarından tam azad ediləcək.

Həmçinin azadlıqdan məhrum etmə növündə cəza çəkən 3 minə yaxın məhkumun cəzası 6 ay azaldılacaq. 

Qalan hissə isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan və azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilənlərə aiddir. 

Ədliyyə Nazirliyi bu qərarı 4 ay ərzində icra etməlidir.


SON XƏBƏRLƏR

21 Dekabr 2025