Bu gün qızılın qiyməti 4383,76 dollara çataraq oktyabr ayının rekordunu yeniləyib.
Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, İnvestorlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) gələn il faiz dərəcələrini daha da aşağı salacağını gözləyirlər. Ötən həftə açıqlanan bir sıra məlumatlar ABŞ əmək bazarının zəiflədiyini və inflyasiyanın yavaşladığını ortaya qoydu. Bu da mərkəzi bankı pul siyasətini daha da yumşaltmağa sövq etdi.
Son aylarda isə ABŞ büdcəsinin iflici, Donald Trampın apardığı ticarət müharibəsi və geosiyasi risklər, dollara olan inamın itirilməsi fonunda investorların ən təhlükəsiz "sığınacaq" hesab edilən qızıla olan iştahını artırıb.
Qızıl oktyabr ayında əvvəlki rekord səviyyəyə çatmış, ilin əvvəlindən bəri 67% artım göstərən unsiyası 4381,52 dollara yüksəlmişdir.
Aydın Baxış
Bakı 




