• Bakı C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Mənşə sertifikatları yalnız “E-keyfiyyet” sistemi üzərindən veriləcək

CƏMİYYƏT

22 Dekabr 2025 | 10:03

Mənşə sertifikatları yalnız “E-keyfiyyet” sistemi üzərindən veriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinə müraciət edir.

Bakıvaxtı.az Agentliyə istinadən xəbər verir ki, 2026-cı ilin 1 yanvar tarixindən etibarən mənşə sertifikatları üzrə müraciətlər yalnız Keyfiyyət informasiya sistemi (E-keyfiyyet.gov.az) üzərindən qəbul olunacaq.

Bununla əlaqədar olaraq, cari ilin avqust ayından etibarən Bakı şəhəri və regionlarda 300-dən çox ixracla məşğul olan sahibkarlıq subyektləri ilə “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair maarifləndirici görüşlər keçirilib. Nəticədə, ümumi təqdim olunan mənşə sertifikatlarının 83%-i Keyfiyyət informasiya sistemi üzərindən təmin edilib.

Sahibkarların Keyfiyyət informasiya sistemindən istifadə bacarıqlarının artırılması məqsədilə “Mənşə sertifikatı” alt moduluna dair videotəlimat Agentliyin rəsmi “Youtube” kanalında (https://www.youtube.com/watch?v=ZUwJT2mODRg&t=89s ) da yerləşdirilib. Həmçinin “e-keyfiyyet.gov.az” informasiya sisteminin “Elektron xidmətlər” bölməsinin (https://e-keyfiyyet.gov.az/e-services ) “Mənşə sertifikatlarının alınması üçün müraciət” alt bölməsi vasitəsilə də videotəlimatla tanış olmaq mümkündür.

Qeyd edək ki, hazırda mənşə sertifikatlarının əldə olunması üçün müraciətlər həm Keyfiyyət informasiya sistemi (E-keyfiyyet.gov.az), həm də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsi (economy.gov.az) vasitəsilə hibrid formada həyata keçirilir.


SON XƏBƏRLƏR

21 Dekabr 2025