• Bakı 27° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1411

Avtomobillərində köməksiz qaldılar - VİDEO

CƏMİYYƏT

21 Yanvar 2026 | 09:31

Avtomobillərində köməksiz qaldılar - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xankəndi şəhərində və Kərkicahan qəsəbəsi ərazisində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bakıvaxtı.az nazirliyin saytına istinadən xəbər verir ki məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xankəndi Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən “Honda" və "Toyota" markalı ümumilikdə 4 ədəd minik avtomobilinin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq köməklik göstərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Avqust 2026