• Bakı 8° C

    11.44 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Əli Əsədov sərəncam imzaladı

SİYASƏT

22 Dekabr 2025 | 12:02

Əli Əsədov sərəncam imzaladı

2026-2029-cu illər üçün Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair Tədbirlər Proqramı təsdiqlənib.

Bakıvaxtı.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncamla Səhiyyə Nazirliyinə Tədbirlər Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək, proqramın icra vəziyyəti barədə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Bundan başqa, nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Səhiyyə Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026