Azərbaycan Xalq Partiyasında (AXP) rəhbərlik dəyişikliyi baş verib. Partiyanın sabiq sədri Pənah Hüseyn sosial şəbəkə hesabında paylaşdığı rəsmi sənədlə bu dəyişikliyi təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, Ədliyyə Nazirliyinin qeyri-kommersiya qurumlarının dövlət reyestrinə edilən dəyişikliklərə əsasən, AXP-nin yeni qanuni təmsilçisi Qiyas Sadıqov olub.
Qərar partiyanın 14 dekabr 2025-ci il tarixində keçirilmiş VII Qurultayında qəbul edilib və 22 dekabr 2025-ci ildə dövlət qeydiyyatına alınıb.
Bununla da Azərbaycan Xalq Partiyası üçün yeni siyasi mərhələ başlayıb. Partiyanın idarəçiliyində və fəaliyyət istiqamətlərində yenilənmə gözləntiləri formalaşıb.
Siyasi dairələrdə bu dəyişiklik AXP-nin gələcək strategiyası, müxalifət daxilində mövqeyi və 2026-cı il siyasi proseslərində rolu baxımından diqqətlə izlənilir.
P.Hüseyn AXC hakimiyyəti dövründə baş nazir postunu tutub.
Bakı 





