Aşqabadda Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş "Ağlın gövhəri" adlı kitabının təqdimat mərasimi keçirilib.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.
Səfir Qismət Gözəlov bildirib ki, "Ağlın gövhəri" kitabının Azərbaycan dilində nəşri iki xalq arasında mədəni-humanitar əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir:
"Əsər Azərbaycan oxucularına türkmən xalqının tarixi, zəngin mənəvi dəyərləri, həmçinin Türkmənistanda elmin, təhsilin və mədəniyyətin inkişafı barədə geniş və dolğun təsəvvür yaradır. Bununla yanaşı, "Ağlın gövhəri" əsəri xalqların ortaq mənəvi dəyərlərinin, tarixi köklərinin və qardaşlıq ənənələrinin parlaq təcəssümüdür. Əsərin Azərbaycan dilinə tərcümə edilməsi ədəbi-mədəni əməkdaşlığa yeni nəfəs verir, türk xalqları arasında mövcud olan mənəvi körpünü daha da möhkəmləndirir".
Diplomat Azərbaycanla Türkmənistan arasındakı ikitərəfli münasibətlərə də toxunub:
"İki ölkə arasındakı qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətli inkişaf yolu keçərək 2025-ci ildə liderlərin siyasi iradəsi ilə daha da möhkəmlənib, qarşılıqlı etimad və dostluq prinsipləri üzərində genişlənib. Azərbaycanla Türkmənistan arasında əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur, son dövrlər baş tutan ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, görüşlər və diplomatik təmaslar ikitərəfli dialoqu intensivləşdirib, bütün sahələrdə əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradıb".
Bakı 








