• Bakı C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9924

    RUB - 2.1118

Putin məktəblinin ölümünə görə Rahmona başsağlığı verdi - VİDEO

DÜNYA

22 Dekabr 2025 | 18:46

Putin məktəblinin ölümünə görə Rahmona başsağlığı verdi - VİDEO

Rusiya prezidenti Vladimir Putin tacikistanlı həmkarı Emoməli Rahmonla görüşüb. 

Bakıvaxtı.az xəbər verir ki, Putin Moskvada məktəbdə tacik şagirdin ölümü ilə bağlı Rahmona başsağlığı verib və məsuliyyət daşıyanların cəzalandırılacağına söz verib.

"İkitərəfli görüşümüzə sizə və bir neçə gün əvvəl vəfat edən Tacikistandan olan oğlanın ailəsinə səmimi başsağlığı verməklə başlamaq istərdim", - deyə Putin bildirib.

Rusiya Prezidenti faciə ilə bağlı istintaqın hərtərəfli aparılacağına əminliyini bildirib.

"Uşaqlara qarşı terror hücumları törətmək xüsusilə dəhşətli cinayətdir və şübhəsiz ki, istintaq başa çatacaq və məsul şəxslər mütləq tam cəzalandırılacaq", - deyə Putin əmin edib.

Xatırladaq ki, dekabrın 16-da səhər saatlarında Moskva vilayətinin Odintsovo rayonunun Qorki-2 kəndindəki Uspenskaya məktəbində 15 yaşlı bir oğlan bıçaqla insanlara hücum edib. O, bir şagirdi və bir mühafizəçini bıçaqlayıb. Yeniyetmə cinayəti törətməzdən əvvəl azyaşlı şagirddən milliyyətini soruşubmuş. 

 


SON XƏBƏRLƏR